Komanda üzvlərimiz
×
Qasımzadə Türkər
Bədii rəhbər
Türkər Qasımzadə
Qasımzadə Türkər
Bədii rəhbər
×
Əsədov Samir
Konsertmeyster
Samir Əsədov 1987-ci ildə Ağstafa şəhərində doğulub. 1995-2005-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin violin sinfində təhsil almış, 2005-2009-cu illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (professorlar Hökümə Əliyeva və Azər Rzayevin sinfində) həmin ixtisas üzrə təhsilini davam etdirmişdir. Dövlət orkestrləri ilə yanaşı Azərbaycanın ilk müasir musiqi ansambllarından olan “Con tempo”da artist və konsertmeyster vəzifələrində çalışmışdır. Dünyanın bir çox ölkəsində (Ukrayna, Yunanıstan, Fransa, Almaniya və s.) keçirilən beynəlxalq festivalların, dövlət tədbirlərinin iştirakçısı olmuş, 2015-ci ildə “Gənclər mükafatı”na layiq görülmüşdür. 2017-2019-cu illərdə Çin Xalq Respublikasının Kunming Beynəlxalq Filarmonik orkestrinin konsertmeyster köməkçisi vəzifəsində çalışmış, Kunming Filarmoniyasının simli kvartetinin və kamera orkestrinin üzvü olmuşdur. ÇXR-da fəaliyyət göstərdiyi illərdə dövlət tədbiri və konsertlərin (xüsusilə müasir musiqi) təşkilatçısı olmuşdur.
Hazırda Cadenza orkestrinin konsertmeysteridir.
Əsədov Samir
Konsertmeyster
×
Eyvazov Nadir
Violin
Nadir Eyvazov 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-2013-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin violin sinfində təhsil almış, 2013-2017-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, 2017-2019-cu illərdə isə magistratura pilləsində həmin ixtisas üzrə təhsilini davam etdirmişdir. Respublika və beynəlxalq müsabiqələrin laureatı, nüfuzlu festivalların iştirakçısıdır. Yerli orkestrlərlə yanaşı MDB Gənclər Simfonik Orkestrinin konsertmeysteri, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimidir.
Cadenza orkestrinin II konsertmeysteridir.
Eyvazov Nadir
Violin
×
Babayeva Vəfa
Violin
Vəfa Babayeva 1986-cı ildə Bakı şəhərində anadan olub. İbtidai musiqi təhsilini F.Dzerjinski adına 11 illik musiqi məktəbində violin sinfində almış, 2004-2008-ci illərdə Rusiya Federasiyasında L.V.Sobinov adına Saratov Dövlət Konservatoriyasında həmin ixtisas üzrə bakalavriat, 2008-2010-cu illərdə magistratura pilləsində təhsilini davam etdirmişdir. Daha sonra 2013-cü ildə Hollandiyada II magistratura təhsilini almışdır. Respublika və beynəlxalq müsabiqələr laureatı, nüfuzlu festivalların iştirakçısıdır.
Babayeva Vəfa
Violin
×
Rəhimova Rəna
Viola
Rəhimova Rəna 1983 ildə Bakı şəhərində anadan olmuşdur. 1990-2001-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin violin sinfində təhsil almış, daha sonra 2001-2005-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini viola ifaçılığı ixtisası üzrə davam etdirmişdir. Respublika və beynəlxalq müsabiqələr laureatı, nüfuzlu festivalların iştirakçısı, 2018-ci ildən Azərbaycan Respublikasının Əməkdar artistidir.
Rəhimova Rəna
Viola
×
Sultanova Sənubər
Violonçel
Sənubər Sultanova 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Rəşid Behbudov adına 11 illik orta ixtisas məktəbində violonçel (Əməkdar artist Əyyub Əliyevin sinfi) təhsil almış, 2018-2022 illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında violonçel ixtisası üzrə bakalavriat pilləsində təhsilini davam etdirmişdir. Beynəlxalq festivalların ( " 1-ci Bakı Müasir Musiqi Günləri"; "Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi festivalı) iştirakçısıdır.
Sultanova Sənubər
Violonçel
×
İsababayev Eldar
Bass
Eldar İsababayev 1978-ci ildə Rusiya Federasiyası, Voronej vilayətində anadan olmuşdur. 1985-1996-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin violin sinfində təhsil almış, 1996-2000-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, 2000-2002-ci illərdə isə magistratura pilləsində kontrabas ixtisası üzrə təhsilini davam etdirmişdir.
Respublika və beynəlxalq müsabiqələr laureatı, nüfuzlu festivalların iştirakçısıdır.
İsababayev Eldar
Bass
×
Məmmədzadə Mirxalid
Fleyta
Mirxalid Məmmədzadə 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Musiqi təhsilinə Qara Qarayev adına 11 illik musiqi məktəbinin fleyta sinfində (müəllim İqbal Orucov) başlamış, 2011-2015-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bakalavriat, 2016-2018-ci illərdə isə magistratura pilləsində (Xalq artisti, professor Müzəffər Ağamalızadənin sinfində) təhsilini davam etdirmişdir. Yerli orkestrlərlə yanaşı MDB Gənclər Simfonik Orkestrinin fleyta ifaçısı, Bülbül adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin müəllimidir.
Məmmədzadə Mirxalid
Fleyta
×
Məmmədov Elşən
Qoboy
Elşən Məmmədov 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2006-cı illərdə 34 saylı musiqi məktəbinin qoboy sinfində təhsil almış, 2007-2011-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında həmin ixtisas üzrə bakalavriat, 2016-2018-ci illərdə isə magistratura pilləsində təhsilini davam etdirmişdir. Respublika və beynəlxalq müsabiqələr laureatı, nüfuzlu festivalların iştirakçısı, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimidir.
Məmmədov Elşən
Qoboy
×
Paşazadə Məhəmmədəli
Klarnet
Məhəmmədəli Paşazadə 2001-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə 4 saylı Uşaq İncəsənət Məktəbinin klarnet sinfində musiqi təhsilinə başlamış, 2014-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirmişdir. 2014-2022-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında həmin ixtisas üzrə bakalavriat pilləsində təhsil almışdır. Respublika və beynəlxalq müsabiqələr laureatı, nüfuzlu festivalların iştirakçısıdır.
Paşazadə Məhəmmədəli
Klarnet
×
Qarayeva Afaq
Piano
Afaq Qarayeva 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1999-cu illərdə K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbinin fortepiano sinfində, 1999-2003-cü illərdə MTN-nin (hazırda DTX) nəzdində orta ixtisas musiqi məktəbində həmin ixtisas üzrə təhsil almış, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2003-2007-ci illərdə bakalavriat (Nəzakət Rimazinin sinfində), 2007-2009-cu illərdə isə magistratura pilləsində təhsilini davam etdirmişdir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı illərdə konsertmeyster kimi çalışmış, 2009-cu ildən Ümumi fortepiano, daha sonra Konsertmeyster ustalığı kafedrasında baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. Respublika və beynəlxalq müsabiqələr laureatıdır.
2021-ci ildə Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının yubliey nişanı ilə təltif olunmuşdur.
Qarayeva Afaq
Piano
×
Humay Qasımzadə
Pianoçu
Humay Qasımzadə Bakı şəhərində anadan olmuşdur. Fortepiano ifaçılığı üzrə bakalavr təhsilini Bakı Musiqi Akademiyasında, professor Ədilə Vəkilovanın sinfində bitirib. Magistr təhsilini əvvəl Norveçin Bergen şəhərində, Qriq Akademiyasında, sonra isə müasir musiqi ifaçılığı üzrə magistr təhsilini Nyu Yorkda, Manhattan School of Music-də almışdır. Müasir musiqi ifaçılığı üzrə doktorantura təhsilini isə Amerikanın Ohio ştatında, Bowling Green State University-də tamamlamışdır.
Bir çox beynəlxalq festivallarda o cümlədən Amerika Skryabin Cəmiyyəti tərəfindən təşkil olunan Skyabin 150 Festivalı; Bang on a Can Festivalı; İtaliyada Cortona Müasir Musiqi Festivalı; “Bridging the Gap” festivalı (Nyu York), Avgarde və Borealis Müasir Musiqi Festivallarıda (Norveç) ifa etmişdir.
Humay 2020 Cortona Müasir Musiqi İfaçılığı Müsabiqəsinin (İtaliya), Norveçin Stavanger Universitetində Kamera Musiqisi Müsabiqəsinin, Ohayo ştatındakı Bowling Green Dövlət Universitetində təşkil olunan Conrad Art Song Müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan müasir musiqi bəstəkarlarının fortepiano əsərləri haqqında yazdığı doktorluq dissertasiyası Bowling Green Universiteti tərəfindən 2023cü ilin ən yaxşı dissertasiyası seçilmişdir.
2023cü ildə, Humay Qasımzadənin beş Azərbaycan bəstəkarlarının (Ayaz Qəmbərli, Tahir İbişov, Said Qəni, Türkər Qasımzadə, Elmir Mirzəyev) solo fortepiano əsərlərindən ibarət albomu Amerikanın məşhur innova səsyazma şirkəti tərəfindən seçilmiş, cari ilin payız aylarında Amerikada və dünyada Naxos Records tərəfindən yayımlanmağı nəzərdə tutulmuşdur.
Humay Qadımzadə hazırda Cadenza Orkestrinin pianoçusudur.
Humay Qasımzadə
Pianoçu
×
Məmmədova Şəfaqət
İctimaiyyətlə əlaqələr üzrə koordinator
Şəfaqət Məmmədova 1992-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Musiqi təhsilinə Şirvan şəhər 7 illik musiqi məktəbinin fortepiano sinfində başlamış, 2009-2013-cü illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində həmin ixtisas üzrə, daha sonra 2013-2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavriat, 2019-2021-ci illərdə Azərbaycan Milli Konservatoriyasında magistratura pilləsində musiqişünaslıq ixtisası üzrə təhsilini davam etdirmişdir.
Cadenza orkestrinin musiqişunası və ictimaiyyətlə əlaqələr üzrə koordinatorudur.
Məmmədova Şəfaqət
İctimaiyyətlə əlaqələr üzrə koordinator
×
Fəhradova Rəna
Layihə koordinatoru
Rəna Fəhradova 1997-ci ildə Moskva vilayətinin Klimovsk şəhərində anadan olmuşdur. 2015-ci ildə illlərdə Qnesins adına Moskva Xüsusi Musiqi məktəbini (kollec) fortepiano ixtisası üzrə bitirmişir. 2015- 2020-ci illərdə P. İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında musiqişünas, musiqi tənqidçisi ixtisası üzrə təhsilini davam etdirmişdir. Moskvada bir çox musiqi tədbirlərinin təşkilində, eyni zamanda beynəlxalq müsabiqələrdə iştirak etmişdir.
Cadenza orkestrinin musiqişünası və layihələr üzrə meneceridir.
Fəhradova Rəna
Layihə koordinatoru