Məktəblilərlə interaktiv konsert-görüşlərimiz
07 dek 2022
Azərbaycan musiqisi və ictimaiyyətinə həm də musiqi maarifçiliyi istiqamətində xidmət etməyi özü üçün məqsəd qoymuş Cadenza Contemporary Orchestra 12 aprel 2022-ci ildən etibarən ümumtəhsil məktəblərində şagirdlərlə görüşərək, interaktiv konsert-görüşlər təşkil edir. Orkestr ilkin mərhələdə paytaxtın Pirallahı, Sahil, Hövsan, Zirə və s. kimi qismən uzaq qəsəbələri də daxil olmaqla, 60-a yaxın ümumtəhsil müəssisəsində 5000-dən çox şagirdlə görüşüb. Görüş zamanı Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunur. Həmçinin interaktiv oyunlar sayəsində şagirdlər musiqi alətlərinin adını, tembrini daha yaxşı mənimsəyir. Musiqi kitablarında şəkillərini gördükləri musiqi alətlərini yaxından görmək, onlara toxunmaq və "həvəskar ifaçılıq" təcrübəsini yaşamaq balaca dostlarımıza sevinc və xoş həyəcan bəxş edir.
_______________________________________________________________________________________________
*Layihə ilə bağlı daha ətraflı foto və məlumat üçün sosial şəbəkə hesablarımıza keçid edə bilərsiniz.