Cadenza Contemporary Orchestra tələbələrlə interaktiv-görüşlər keçirir.
07 dek 2022
Cadenza Contemporay Orchestra 11 oktyabrdan etibarən ali təhsil müəssisələrində rəhsil alan tələbələrlə interaktiv konsert-görüşlər keçirməyə başlayıb. Aprel ayından etibarən ümumtəhsil məktəblərində başlayan layihənin davamı olan bu görüşlərdə gənclər orkestrin ifasında həm Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyərək, eyni zamanda bəstəkarların bioqrfiyasından maraqlı məqamlarla tanış olur.
Konsert proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Ərtoğrol Cavid, Xəyyam Mirzəzadə və digər Azərbaycan bəstəkarlarının əsərləri yer alır.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində digər ali təhsil müəssisələrində də tələbələrlə interaktiv konsert-görüşlər keçiriləcək.
Daha ətraflı